Hərbi helikopter qəzaya uğradı - Ekipaj öldü
    • 25-07-2024, 09:30
    • 13

Hərbi helikopter qəzaya uğradı - Ekipaj öldü

Rusiyanın Kaluqa vilayətinin Jidrinski rayonunda Mi-28 helikopteri qəzaya uğrayıb.

News24.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, ekipaj həlak olub. Təyyarənin qəzaya uğramasının ilkin səbəbi texniki nasazlıq olub. Kaluqa qubernatoru Vladislav Şapşa da qəza barədə məlumat verib.

Məlumata görə, helikopter planlaşdırılmış uçuşu yerinə yetirirən zaman qəzaya uğrayıb.