Bu ölkələrdə məhbusların sayı rekord həddə çatdı
    • Bu gün, 19:23
    • 98

Bu ölkələrdə məhbusların sayı rekord həddə çatdı

İngiltərə və Uelsdə həbsdə olan insanların sayı rekord səviyyəyə çatıb.

News24.az AZƏRTAC-a istinadən bildirir ki, son dörd həftədə bu rəqəm demək olar ki, min nəfər artıb. Ədliyyə Nazirliyinin məlumatına görə, hazırda 88350 nəfər həbsdədir. Bu, bir həftə əvvəlki göstəricidən 116 nəfər çoxdur. Həmçinin bu, 2011-ci ildən bəri həftəlik məhbus sayı ilə bağlı məlumatların ilk dəfə dərc edilməsindən sonra qeydə alınan ən yüksək həftəlik göstəricidir.

Son həftələrdəki kəskin artım, ölkənin müxtəlif yerlərində baş verən iğtişaşlarda iştirak edən insanların məhkəmə tərəfindən həbs olunması ilə əlaqədardır.