Türkiyəli aktyor İtaliyada mükafat aldı - FOTO
    • Dünən, 23:47
    • 91

Türkiyəli aktyor İtaliyada mükafat aldı - FOTO

Türkiyəli məşhur aktyor İbrahim Çelikkol İtaliyada mükafata layiq görülüb.

News24.az baku.ws-ə istinadən bildirir ki, “Kördüğüm”, “Bir Zamanlar Çukurova”, “Doğduğun Ev Kaderindir”, “Siyah Beyaz Aşk”, “Kuş Uçuş” kimi seriallardakı uğurlu performansı ilə dünya şöhrəti qazanıb.

İtaliyada təşkil edilən Kineo Mükafat Mərasimində “Beynəlxalq Ən Yaxşı Aktyor” mükafatına layiq görülən Çelikkol, mükafatı sevgilisi Natali Yarcan ilə alacaq.

O, bu il Venesiya Film Festivalı çərçivəsində keçirilən 22-ci Kineo Mükafat Mərasimində “Ən yaxşı beynəlxalq aktyor” mükafatına layiq görülüb.

Çelikkol mükafatını almaq üçün bu gün İtaliyaya gedib və mükafatlandırma mərasimindən əvvəl təşkil edilən mətbuat konfransına qatılıb. Bu mükafatı alan ilk türk aktyor olan Çelikkol mükafatını sabah axşam “Ca” Sagredo” otelində keçiriləcək mərasimdə alacaq.

Yaraşıqlı aktyor bir müddətdir sevgili olduğu Natali Yarcan ilə İtaliyaya yollanıb və romantik pozalar verməyi də unutmayıb.