-
- 2-09-2024, 10:07
- 340
“Nəzakətli” oğru görün nə etdi?
Vaşinqtonda baş verən maraqlı oğurluq hadisəsi həm polisi, həm də məhəllə sakinlərini təəccübləndirib.
News24.az xəbər verir ki, oğurluq hallarının adətən əşyaların yoxa çıxması ilə diqqət çəkdiyi məlum olsa da, bu dəfə oğru ev sahiblərindən fərqli olaraq evi təmizlik edərək tərk edib.
Dəvətsiz qonaq o qədər nəzakətli olub ki, o qeyd də qoyub.
Eddi Andujonun evinə mətbəxin pəncərəsini sındıraraq daxil olan oğru əvvəlcə özü üçün yemək bişirib, sonra qabları yuyub, hətta Andujonun paltarlarını qatlayıb.
Oğru heç nə oğurlamadan evdən çıxıb, ancaq arxasında üzrxahlıq məktubu qoyub. Qeyddə "Yemək lazım idi. Evinizə girdim. Məni bağışlayın. Yeməyinizi yedim, paltarımı yudum və duş aldım" yazılıb.
Oğru işləməyən popkorn maşını haqqında məlumatlı qeyd də qoyub.
Verilən məlumata görə bölgədə analoji halların artması ilə əlaqədar olaraq polis K9 itləri ilə şübhəli şəxsi axtarsa da, nəticə verməyib.
Məryəm İlhamqızı