-
- 23-08-2024, 18:21
- 343
"İntellektual oğru" kitab oxuyarkən tutuldu
Romanın Prati rayonundakı evdə baş verən oğurluq cəhdi İtaliya mətbuatında “İntellektual oğru” başlığı ilə işıqlandırılıb.
News24.az xəbər verir ki, oğurluq məqsədi ilə evə girən şəxs yataq otağında gördüyü kitabı oxuyarkən, 71 yaşlı ev sahibi polis çağırıb.
Bildirilib ki, oğrunun tutulmasına şərait yaradan kitab, Covanni Nuççinin ötən il yazdığı və Homerin “İliada” dastanı əsasında yazdığı “Gli Dei Alle Sei” adlı əsər olub.
Hadisə İtaliya mətbuatında diqqət çəkərkən, jurnalistlər kitabın müəllifi ilə əlaqə saxlayıb.
Saxlanılan şəxsi tapıb kitabı ona çatdırmaq istədiyini bildirən müəllif, "Kitabı bitirməmiş həbs olunacaq. İstəyirəm kitabı bitirə bilsin. Bu, qeyri-adi bir hadisədir, amma həm də insanlığı ehtiva edir”, - deyə qeyd edib.
Məryəm İlhamqızı