-
- 2-09-2024, 19:56
- 4 742
Onlar həyatınızda varsa, şanslısınız! - Çoxlu pul xərcləyən 3 BÜRC
Bəzi insanlar pullarına qənaət etməyi seçsələr də, əksinə pul xərcləməyi sevənlər də var.
Xüsusilə pul xərcləmək məsələsində bəzi bürclərin əlinə su tökmək olmaz. Onlara xərclədikləri pulun məbləği belə maraqlı deyil. Həyatınızda belə bürclərdən olanlar varsa çox şanslısınız. Bu dəfə astroloqlar çoxlu pul xərcləməyi sevən 3 bürcün adını açıqlayıb.
News24.az BAKU.WS-ə istinadən onların adlarını təqdim edir:
Şir bürcü
İşgüzar Şirlər pul xərcləmək məsələsində rəqib tanımırlar. Əllərindəki pulu qiymətləndirməyi və alış-veriş etməyi sevirlər. Bu səbəbdən bu bürcdən olanlar pul yığmaqda çətinlik çəkir. Çünki onlar sevdikləri və ya dəyər verdikləri insanlara pul xərcləməkdən çəkinmirlər.
Əkizlər bürcü
Əkizlər bürcündən olanlar yeni əşyalar almağa həvəslidirlər. Onlar pul qablarındakı vəsait bitənə qədər alış-veriş mərkəzlərini tərk etmirlər. Bununla yanaşı Əkizlərin pul yığma qabiliyəti də var. Lakin nəsə alarkən heç vaxt özlərinə məhdudiyyət qoymurlar.
Dolça bürcü
Bu bürcün nümayəndələri risk etməyi sevmirlər. Pul məsələlərində sərt olsalar da, sevdikləri, dostları və dəyər verdikləri insanlara qarşı olduqca əliaçıqdırlar. Az alış-veriş etsələr də, alış-veriş etdikləri zaman pul qablarındakı məbləği tamamilə bitirirlər.