Məşhur ulduz DÜNYASINI DƏYİŞDİ - 11 İL ƏVVƏLKİ VƏSİYYƏTİ...
    • 2-09-2024, 12:22
    • 408

Məşhur ulduz DÜNYASINI DƏYİŞDİ - 11 İL ƏVVƏLKİ VƏSİYYƏTİ...

80-90-cı illərdə Yeşilçamı fırtına ilə vuran Ahu Tuğba Mayamidə dünyasını dəyişib.

News24.az xəbər verir ki, bir müddətdir ağır dərəcəli astma ilə mübarizə aparan sənətçi dünyasını dəyişərkən evdə qızı Anjelikin olduğu öyrənilib. 

Anası dünyasını dəyişəndən sonra Anjelik evə polis çağırıb.

Ustad aktyorun ölüm xəbərini açıqlayan Film-San Vəqfi baş direktoru Kıvanç Terzioğlu Ahu Tuğbanın cənazəsinin Mayamidən İstanbula gətirilməsi üçün bələdiyyə ilə əlaqə saxlandığını açıqlayıb.

Qeyd edək ki, Ahu Tuğba 2013-cü ildə keçirdiyi ağciyər xəstəliyinin müalicəsi zamanı vəsiyyətini hazırladığını və orqanlarını bağışladığını bildirmişdi. 

Vəsiyyətnaməsinin məzmununu açıqlamayan Tuğba bu ifadələrdən istifadə edib:

"Ağciyərim çıxarılacaqdı. Əməliyyata gedirdim. Qızıma əməliyyat olacağımı demədim, "Bodrumda evdə yatıram" dedim. Anesteziya qadağan olduğu üçün vəsiyyətimi yazdım. Əməliyyata gedən gün birbaşa notariusa zəng etdim. Orqanlarımı da bağışladım. Əməliyyatdan sonra yaşayacağımı, ya öləcəyimi bilmirdim. Ən böyük qorxum qızımı bir daha görə bilməmək idi"