17 yaşlı şagird intihar etdi - ölənlər var
    • Bu gün, 14:53
    • 234

17 yaşlı şagird intihar etdi - ölənlər var

Yaponiyada insanı dəhşətə gətirən intihar hadisəsi baş verib. 

News24.az xəbər verir ki, polis və hadisə şahidlərinin əldə etdiyi məlumata görə, hadisə Yokohama şəhərində baş verib.

Ticarət mərkəzinin 12-ci mərtəbəsindəki terrasdan tullanan 17 yaşlı orta məktəb şagirdi həmin vaxt yolda gedən 32 yaşlı qadının üzərinə yıxılıb.

Ətrafdakıların xəbəri üzərinə hadisə yerinə çoxlu sayda polis və sağlamlıq qrupları sövq edilib, ağır yaralanan 2 nəfər isə xəstəxanaya aparılıb.

Bildirilib ki, intihar edən gənc və piyada xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq dünyasını dəyişib.

Hadisə ilə bağlı ətraflı araşdırmalara başlanılıb.

Məryəm İlhamqızı