"Real Madrid"in futbolçusu ZƏDƏLƏNDİ
    • Bu gün, 14:58
    • 72

"Real Madrid"in futbolçusu ZƏDƏLƏNDİ

İspaniyanın "Real Madrid" klubu futbolçusu Dani Sebalyosun zədələndiyini açıqlayıb.

News24.az xəbər verir ki, klubdan verilən açıqlamada tibbi müayinədən keçən Sebalyosun sağ topuğunun bağlarında zədə aşkarlandığı bildirilib.

Seballosun sağalma prosesi ilə bağlı məlumat paylaşılmayıb.

Qeyd edək ki, Real Madriddə Jude Bellingham və Eduardo Camavinga da hazırda zədəlidir.

Məryəm İlhamqızı