Real Madriddən Kamavinqa AÇIQLAMASI
    • 14-08-2024, 18:13
    • 264

Real Madriddən Kamavinqa AÇIQLAMASI

İspaniyanın "Real Madrid" komandası bu axşam "Atalanta" ilə UEFA Superkuboku matçından əvvəl bəd xəbəri açıqlayıb.

News24.az xəbər verir ki, klubun saytında yer alan açıqlamada "Real Madrid"in futbolçusu Eduardo Kamavinqanın müayinə olunduğu və futbolçunun sol dizində burxulma aşkarlandığı açıqlanıb.

Futbolçunun müalicəsinə dərhal başlanılıb.

Məryəm İlhamqızı