Real-ın sabiq futbolçusu vəfat edib
    • Bu gün, 10:28
    • 96

Real-ın sabiq futbolçusu vəfat edib

İspaniyanın "Real" klubunun sabiq futbolçusu Eduardo Qonsales (Çato) vəfat edib.

News24.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Keçmiş yarımmüdafiəçi 80 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Eduardo Qonsales 1966-1969 və 1970-1971-ci illərdə "Real"ın formasını geyinib. O, "kral klubu"nun heyətində üç dəfə İspaniya çempionu olub.