-
- 3-09-2024, 21:11
- 295
Eramızdan əvvəl II əsrə aid ritual məbəd aşkar edildi
Qazaxıstan arxeoloqları Türküstan vilayətinin Suzak rayonunda, Kızılkol kəndi yaxınlığında yerləşən arxeoloji abidədə çöl tədqiqatlarını başa çatdırıblar.
News24.az AZƏRTAC-a istinadla Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədqiqatlar məbəd və iki kurqanın qazıntılarını əhatə edib və eramızdan əvvəl II əsrə aid edilən Kanqün mədəniyyətinə xas nadir artefaktların əldə olunmasına imkan yaradıb.
Qazıntılar zamanı iri və xırdabuynuzlu heyvanların sümükləri və buynuzları, daş əmək alətləri, həmçinin qab qulpları və geyim düymələri də daxil olmaqla keramika fraqmentləri aşkar edilib.
Abidənin hündür dağlar və göllər yaxınlığında yerləşməsi, məbədin quruluş xüsusiyyətləri və tapılmış artefaktların növləri bu tikililərin ritual məbəd kimi istifadə edildiyini ehtimal etməyə imkan verir. Daş əmək alətləri isə əkinçiliyin, xüsusilə torpağın becərilməsi və məhsul yığımının inkişafından xəbər verir.