Qoyunun südü azaldıqca şübhələndi, izlədi və tövlədə gördüklərinə inanmadı - FOTO
    • 4-08-2018, 11:55
    • 2 119

Qoyunun südü azaldıqca şübhələndi, izlədi və tövlədə gördüklərinə inanmadı - FOTO

Olduqca maraqlı olan bu xəbər Türkiyənin Mardin şəhərində yaşanıb. 

News24.az xəbər verir ki, mardinli fermer bol süd verən qoyun aldı, hər gün südünün azaldığını gördü. Sonradan növbətçi tutdu, qoyunu izlədi və gördüklərinə inanmadı.


Ferma sahibi əvvəlcə belə bir vəziyyətin yaranmasında süd oğrularından şüphələndi.


Şüphəsi, qoyunu izləməsinə səbəb oldu. Gördükləri onda heyrət yaratdı. 


Belə ki, qoyunla eyni tövləyə salınan buğa öz anasıymış kimi hər gün qoyunun südünü içirmiş.


Buğanın hər gün bu vərdişi təkrar etməsi sahibi Faruk Batırhanı heyvanları ayırmasına səbəb olub. 


Elvin Nüsrətoğlu