Qadın sürücülərin avtomobil idarə edərkən pozduğu qaydalar - EKSPERT İZAHI
    • 3-09-2024, 23:23
    • 610

Qadın sürücülərin avtomobil idarə edərkən pozduğu qaydalar - EKSPERT İZAHI

Son günlər ölkə ərazisində xanım sürücülərin avtomobil idarə edərkən pozduqları qaydalar həm sosial şəbəkələrin, həm də medianın əsas müzakirə mövzusuna çevrilib.

News24.az Avtosfer.az-a istinadla xəbər verir ki, mövzu ilə əlaqədar nəqliyyat eksperti Elməddin Muradlı qadın sürücülərin pozduqları qaydalar və nə etməli olduqlarını açıqlayıb. O bildirib ki, qadın sürücülərin ən çox pozduğu qaydalardan biri parklanma üsullarını düzgün qavramamasıdır.

“Bəzən avtomobili iki maşının yerində park edirlər. Yəni, bir maşın iki maşının yerini zəbt edir. Parklanmanı öyrənmək o qədər də çətin deyil.  Yaxşı müəllim yanına getmək lazımdır ki, sizə bu qaydaları detallı şəkildə öyrətsin.

Digər bir məsələ isə təhlükəsizlik kəməri ilə bağlı qayda pozuntusudur. Belə ki, təhlükəsizlik kəməri döş qəfəsində xanımlara problem yaratdığına görə qoltuğun altından aşağıdan keçirildiyini tez-tez görmək mümkündür. Təhlükəsizlik kəmərini düzgün bağlamaq lazımdır. Üç düyməli kəmərin funksiyası odur ki, həm çəpinə və həm də aşağıdan bir hissə gəlməlidir ki, zərbə anında bu kəmər sizi qoruya bilsin. Siz də bunu düzgün bağlamırsızsa, yəni təhlükəsizlik kəməri qoltuğun altından keçirsə, güclü zərbə nəticəsində qabırğalarınız qırılacaq. Təhlükəsizlik kəmərinin yuxarı hissəsini düzgün tənzimləmədikdə çiynimizin yaxınlığındakı körpücük sümüyünü qıra bilərik. Bəs “Yol hərəkəti haqqında qanun”da təhlükəsizlik kəmərindən istifadə etməməklə bağlı qaydanı necə qavrayırıq? Hamilə qadınların təhlükəsizlik kəmərindən istifadə etməməsinə qanun icazə verir. Artıq dünyanın müxtəlif ölkələrində bu məsələyə yanaşma dəyişib. Mütəxəssislər deyir ki, kəmərin altdan keçən hissəsi heç bir problem yaratmır. Ona görə də hamilə qadınlar hamiləliyin müəyyən dövrünə qədər, 5-6 aya qədər təhlükəsizlik kəmərindən istifadə edə bilər. Əgər qadın 5 aydan uzun müddətdir hamilədirsə, ümumiyyətlə, avtomobil sürməsə, daha yaxşı olar.  Çünki onun stresi və digər təsirləri ciddi ziyan verə bilər.

Xanım sürücülərin pozduğu daha bir neçə qaydalar var ki, bunu kənardan görən peşəkar sürücülər dərhal bilir ki, sükan arxasındakı xanımdır. Məsələn, sağ zolaq boşdur, avtomobil sol zolaqla çox aşağı sürətlə hərəkət edir. Bunu təkcə xanım sürücülər yox, yaşlı sürücülərdə edir. Bəzən qabaqdakı maşınla 50 metr məsafə saxlyaırlar. Soruşduqda isə deyir ki, ara məsafəsi saxlamaq lazımdır. Başa düşürəm, lakin şəhər içindəki yoldur və 30-40 kilometr-saat sürətlə hərəkət ediriksə, 5-10 metr məsafə olsa kifayət edir. Həm də axı ölkəmizdə ara məsafəsi saxlamaq bir az çətin məsələdir. Həmin an hansısa “ağıllı” saxladığımız ara məsafəsinə özünü soxmağa çalışır. Əgər xanımlar diqqətlə avtomobil idarə etmək istəyirsə, sağ zolaq boş olur, orada da hərəkət etmək mümkündür. Başqa bir ölkənin ərazisi deyil, ora daxil olanda bizdən gömrük vergisi tələb edilmir.

Sükan arxasında diqqəti yayındıran hərəkətlər

Bəzi xanın sürücülər saxladıqları ev heyvanlarının avtomobil idarə edərkən salonda sərbəst hərkət etməsinə icazə verirlər. Heyvan da başını avtomobilin pəncərəsindən çıxarır, sürücünün qucağında oturur. Bu hal dəfələrlə baş verib. İt sükan arxasında əyləşən xanımın ayağının altında oturur. Qəfil əyləci basmaq lazım gələndə məlum olur ki, itin ya ayağı, ya başı əyləc pedalının altında qalıb və siz əyləci sıxa bilmirsiz. Çünki əyləci möhkəm sıxsaz, iti zədələyə, öldürə bilərsiz, sıxmasaz, qəza baş verəcək. Ona görə də avtomobildə heyvanların daşınması ilə bağlı qaydalara riayət etmək lazımdır. Ev heyvanlarının bağlı şəkildə daşınması məsləhət görülür.

Eyni zamanda, gəlin, ayaq geyimlərinə diqqət edək. Xanımlarımız bəzənməyi çox sevirlər. Amma gözəllik qurban tələb edir, bilirsiz. Dikdaban ayaqqabı ilə avtomobil idarə etmək çox çətindir. Vətəndaşlar belə ayaq geyimi ilə avtomobil idarə etməyə vərdiş etdiklərini deyirlər, amma bir gün onun fəsadlarını görürsüz. Əgər pedalı sıxanda daban yerə dəymirsə, yalnız pəncə hərəkət etməli olur. Bu zaman da daban keyləşir. Ola bilsin, bəzi qadınlar bunu hiss etmir, lakin bu bir müddət sonra fəsadları ortaya çıxmağa başlayır. Qəfil tormozlama zamanı təkcə pəncə ilə həmin effekti almaq mümkün deyil. Ona görə də ayaq geyimlərinə diqqət etmək lazımdır.

Ekspert sükan arxasında bəzənmək məsələsinədə aydınlıq gətirib. Bildirib ki, qadın sürücülər bir çox hallarda avtomobillə hərəkət edərkən sükan arxasında müxtəlif kosmetik vasitələrdən istifadə edir. “Bu davranış qətiyyən qadağandır. Güzgülərdən istifadəyə gəlincə, qadın avtomobil idarəçiləri sükan arxasında olarkən avtomobilin güzgülərindən istifadə etmirlər. Avtomobilin sağı ilə maşın gedir, çəkir maşının üstünə, solda qoşa xətt var, çıxır qarşı yola. Soruşursan, deyir ki, görmədim. Görmədim bəhanədir, avtomobilin sağ və sol yanlarında, eləcə də, salonunda güzgülər var, həmin güzgülərdən yol-hərəkəti təhlükəsizliyi üçün istifadə etmək lazımdır. Həmin güzgülər bəzənmək üçün istifadə edilməməlidir". 

Qeyd edək ki, bu mövzuda videomaterial “Jetour” avtomobillərinin sponsorluğu ilə sizə təqdim edildi. Xanımlar üçün ideal olan “Jetour Dashing” avtomobili Babək prospektində “Jetour Azərbaycan”ın avtosalonunda satışdadır. 2024-cü il modelinin qiyməti 49900 manat təşkil edir. 2023-cü il modellərinə endirimlər var. Həmin endirimlərlə bağlı “Jetour Azərbaycan” avtosalonuna yaxınlaşaraq məlumat əldə edə bilərsiz. Avtomobil beş yerlikdir və 197 at gücü ilə təmin edilib, 100 kilometrə 8-8.5 litr yanacaq sərfiyyatı var.