-
- 6-06-2023, 12:10
- 403
Ölkəmizdə taksi şirkətləri BAĞLANIR? — DYP rəsmisi AÇIQLADI
Heç kəsə sirr deyil ki, taksi xidmətləri sahəsində çatışmazlıqlar mövcuddur. Bakıda fəaliyyət göstərən “Bolt” və “Uber” taksi şirkətləri son zamanlar gündəmdən düşmür. Həmin taksi xidmətləri barəsində sərnişinlərin şikayətləri olduqca çoxalıb. Kimiləri qadın sərnişinlərə əxlaqsız təkliflər edir, kimiləri isə qayda pozuntuları ilə gündəmə gəlir. Belə olan təqdirdə bu taksi xidmətlərinin bağlanması barəsində şaiələr yayılmağa başlayıb.
Bəs sözügedən taksi şirkətləri bu kimi fəaliyyətlərinə görə, bağlana bilərmi və ümumiyyətlə, bu sahədə hansı işlər görülür?
Bu barədə Dövlət Yol Polis idarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, həmin taksi sürücüləri barəsində DYP-ya daxil olan şikayətlərin də sayında artım var:
“Taksi sürücülərindən yol hərəkəti qaydalarını pozduğuna görə də şikayətlər çoxalıb. Həm sərnişinlər tərəfindən şikayətlər olur, həm də elə sürücülərin özləri də bizə şikayət edirlər. Sözügedən taksi xidmətlərinə aid sürücülərin qaydı pozuntusu barəsində bizə video və foto materiallar göndərirlər. Taksilər istəyirlər ki, sərnişinləri mənzil başına tez çatdırsınlar, amma heç bir halda yol hərəkəti qaydalarını pozmaq olmaz. Yol polisi istər taksi sürücüsü olsun, istər yük avtomobili olsun, sərnişin avotobusu olsun hamısına eyni qaydada nəzarət edir. Yol hərəkəti qaydalarını hər bir sürücü qanunda nəzərdə tutulduğu kimi əməl etməlidir. Əgər bu gün Bakı şəhərində fəaliyyət göstərən taksi xidmətləri ilə bağlı narazılıqlar varsa və o narazılıqların içərisində haklı məqamlar göstərilirsə, deməli taksi xidmətlərinin fəaliyyəti ilə bağlı bəzi tədbirlər görülməlidir. Onların fəaliyyətinə nəzarət gücləndirilməlidir”.
Araz Əsgərli taksi sürücüləri arasında qayda pozan sürücülərin mütəmadi şəkildə saxlanıldığını bildirib. Onun sözlərinə görə, taksi sürücüləri arasında spirtli içkinin təsirində, narkotik vasitələrin təsiri altında avtomobil idarə edən sürücülər aşkar edilir: “Taksi sürücüləri arasında spirtli içkilərin və narkotik vasitələrin təsiri altında olan kifayət qədər çox sürücü aşkarlamışıq. Zaman-zaman da qarşımıza belə sürücülər çıxır. Ümumiyyətlə, cəmiyyətdə də bu heç kimə sirr deyil ki, taksi sürücüləri tərəfindən pozulan qaydalar çoxdur. Bu onunla əlaqəlidir ki, onlar bütün günü avtomobil idarə edirlər və bu idarəetmə də xidmətin göstərilməsindən irəli gəlir. Eyni zamanda bu fəaliyyətin təkminləşdirilməsi istiqamətində aidiyyatı qurumlar lazımi işlər aparır”.
Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı isə bildirir ki, Bakıda fəaliyyət göstərən taksi xidmətləri barəsində artıq ciddi tədbirlər görülməlidir:
“Taksi xidmətlərində xoşagəlməz halların baş verməsi nəzarət mexanizminin zəif olmasından irəli gəlir. Konkret deyə bilərik ki, bu gün bu sahədə bir növ xaos var. Hazırda bu sahədə heç bir ciddi nəzarət mexanizmi yoxdur. Artıq indi-indi aidiyyatı qurumlar bu məsələnin üstünə düşüblər ki, nəzarət sistemi qurulsun və bu özbaşınalıqlar baş verməsin. Bir neçə gün əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyeb müsahibəsin də bu məsələlərə toxundu və son olaraq vurğuladı ki, artıq bu sahədə qayda-qanunların bərpa edilməsi cəmiyyətin tələbidir. Yəni artıq dövlət də bunu istəyir, cəmiyyət də. İndi bəzi insanlar düşünə bilər ki, 2 manata hansısa ünvana getmək sərf eliyir, amma həmin adam axşam gəlib sosial şəbəkə də yazır ki, taksi sürücüsü özünü düzgün apa bilmədi, sürücü narkoman idi, sürücü yuxulu idi və s. Artıq bu gün taksi xidmətlərinə nəzarətin gücləndirilməsini cəmiyyət istəyirsə, deməli bu olduqca ciddi bir problemdir. Buna görə də, taksi şirkətləri bir xidmət sahəsi olaraq tələblərə uyğun qaydalar çərçivəsində hərəkət etməlidir. Burada heç kim kimisə işsiz qoymaq istəmir. Sadəcə tələb odur ki, istər yerli şirkət olsun, istərsə də xarici şirkət hamısı qaydalar çərçivəsində işləməlidir. İş saatı düzgün qurulmalıdır, istirahət vaxtın olmalıdır, sən bir taksi sürücüsü kimi müəyyən tələblərə cavab verməlisən və vətəndaşla ünsiyyət qurmağı bacarmalısan. Onlar üçün dayanacaqlar yaradılmalıdır, bir sıra məqsədyönlü addımlar atılmalıdır və atılacaq”.
Ekspert bildirib ki, həmin taksi xidmətlərinin ləğv olunması qulağa inandırıcı gəlmir. Sadəcə onlarla bağlı zəruri addımlar atılır bilər və atılacaq. /referans/