Elon Maskdan "Kommunist Kamala" PAYLAŞIMI
    • Bu gün, 11:04
    • 133

Elon Maskdan "Kommunist Kamala" PAYLAŞIMI

Kamala Harrisin sosial media hesabında "Tramp vəzifəyə gəlsə, ilk gündən diktator olacaq, onu dayandırmalıyıq" yazısına cavab verən Mask, Kamala Harrisin süni intellekt tərəfindən hazırlanmış şəklini paylaşıb.

News24.az xəbər verir ki, Harrisin köhnə sovet uniformasında, çəkic və oraq motivli papağında əks olunan həmin fotonun altında İlon Mask “Kamala ilk gündən kommunist diktator olmağa and içib, bu paltarı geyindiyini təsəvvür edirsinizmi?”, - qeydini yazıb.

Qeyd edək ki,Tramp hər fürsətdə Harrisi ifrat solçu kimi tənqid edir. Hətta rəqibinə “kommunist və yoldaş Kamala” deyir.

Məryəm İlhamqızı