Tramp: Mən Kamaladan daha gözələm
    • 19-08-2024, 08:52
    • 137

Tramp: Mən Kamaladan daha gözələm

ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Kamala Harrisin iqtisadi siyasətini “kommunizm” adlandırıb.

News24.az xəbər verir ki, Pensilvaniyadakı seçki mitinqində Tramp Harrisin elan etdiyi iqtisadi siyasətləri “Sovet İttifaqının iqtisadi sistemi” ilə müqayisə edib.

Tramp həmçinin Harrisin "gözəlliyi"ni hədəf alaraq özünün "daha yaxşı göründüyünü" iddia edib.

"Kamala çıxışında kommunist kimi idi. Yoldaş Kamala sosialist qiymət nəzarətini həyata keçirmək istədiyini açıqladı. Bunun əvvəllər heç işlədiyini görmüsünüz", - Tramp deyib.

Eyni zamanda, hal-hazırda vitse-prezident olan Harrisin öz partiyası daxilində tənqidlərə məruz qaldıqdan sonra geri çəkilən prezident Co Baydenin yerinə namizəd olması “çevriliş” kimi də xarakterizə edilib.

"Co Bayden ona nifrət edir. Bu, prezidentin devrilməsi idi", - Respublikaçı namizəd iddia edib.

Günel Məlikzadə