İlon Maskdan ŞOK İDDİA: Kamala Harris Sorosun oğlunun kuklasıdır
    • 22-07-2024, 22:09
    • 157

İlon Maskdan ŞOK İDDİA: Kamala Harris Sorosun oğlunun kuklasıdır

Milyarder İlon Mask ABŞ-ın vitse-prezidenti və prezidentliyə yeni namizəd Kamala Harrisi məşhur maliyyəçi Corc Sorosun oğlu Aleksandr Sorosun kuklası adlandırıb.

News24.az publika.az-a istinadla xəbər verir ki, Mask "X" sosial şəbəkəsində Harris və Sorosun fotosunu, həmçinin Sorosun vitse-prezidenti dəstəklədiyi mesajını yerləşdirib və şərh edib.

“Mən Aleksandr Sorosa onun növbəti kuklasının kim olacağını gizlətmədiyi üçün sadəcə təşəkkür edirəm”.

Milyarder eyni zamanda qeyd edib ki, “Tramp onunla seçilir ki, o, heç bir tərəfin kuklası deyil, ona görə də real hökumət islahatları mümkün olur”.