Sentyabr ayında avtomobillər niyə bahalaşır?
    • Bu gün, 11:40
    • 187

Sentyabr ayında avtomobillər niyə bahalaşır?

Sentyabr ayında avtomobillər bahalaşır.

Milli.Az bildirir ki, avqustun sonu, sentyabrın əvvəlində avtomobillərin qiymətində kəskin artım müşahidə edilir. Bəzi avtomobillərin qiyməti 2-3 min manata qədər artır.

Sentyabrdan yeni mövsum başladığı üçün bir çox insan məhz avtomobilini dəyişmək üçün bu ayı seçir. İkinci səbəb, havaların soyuması, yağışların başlaması ilə əlaqədar olaraq çoxları avtomobilə keçmək qərarı alır. Universitetə qəbul olan şəxslərə avtomobil hədiyyə edilməsi də sentyabrda avtomobil alışına müsbət yöndə təsir edir.

Qeyd edək ki, oktyabrdan başlayaraq avtomobil bazarında yenidən durğunluq müşahidə olunur və bu durğunluq demək olar ki, marta qədər davam edir.