Rusiyadan Zəngəzur dəhlizi mesajı: İranda aləm bir-birinə DƏYDİ - ŞOK
    • 4-09-2024, 12:29
    • 6 702

Rusiyadan Zəngəzur dəhlizi mesajı: İranda aləm bir-birinə DƏYDİ - ŞOK

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Naxçıvan bölgəsi ilə Azərbaycanın qalan hissəsi arasında nəqliyyat əlaqələrinin tezliklə bərpa olunmasının zəruriliyi ilə bağlı sözləri, eləcə də Tehranın digər bəyanatları İranı qəzəbləndirib. 

News24.az-ın "RİA Novosti"yə istinadən xəbərinə görə, Lavrovun bu açıqlaması Zəngəzur dəhlizinin yaradılmasına dəstək kimi qiymətləndirilir. 

Zəngəzur dəhlizi Ermənistan-İran sərhədi boyunca təxminən 40 km uzunluğunda olan nəqliyyat dəhlizi layihəsidir. Dəhliz Naxçıvan bölgəsini Azərbaycanın qalan hissəsi ilə birləşdirməklə yanaşı, Türkiyə ilə Azərbaycan daha sonra isə Xəzər dənizindən keçərək Mərkəzi Asiya arasında quru əlaqəsi yaradır. 

İran buna qəti şəkildə qarşı çıxır, dəhlizin onu sadəcə olaraq Avropaya quru qapısından məhrum edəcəyini iddia edir və sərhəd dəyişikliklərinin qarşısını almaq üçün güc tətbiq etməklə hədələyir. İran Xarici İşlər Nazirliyi Rusiya səfiri Aleksey Dedovu izahat üçün çağırıb və İranın suverenliyinə, maraqlarına və sərhədlərinə hörmət etməyə çağırıb. 

Bu arada, İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli "Tasnim" xəbər agentliyi Moskvanın mövqeyini kəskin tənqid edən “Rusiyadan mesaj - Zəngəzur dəhlizi baş tutmayacaq” başlıqlı uzun məqalə dərc edib. Nəşr yazır ki, Zəngəzur dəhlizi NATO-nun Cənubi Qafqaza qəbuledilməz nüfuzuna çevriləcək. 

Bundan əlavə, agentlik Rusiyaya xatırladır ki, İran həmişə Qərbə qarşı onunla çiyin-çiyinə dayanıb və hərtərəfli strateji tərəfdaşlıq sazişi üzərində işləyərkən belə bəyanatlar vermək ağlasığmazdır.

Aqil Qarayev