-
- 4-09-2024, 12:25
- 530
Oteldə DƏHŞƏT - İŞÇİ QONAĞA...
Tailandda otel işçisi qonaq olan qıza təcavüz edib.
News24.az bu barədə The Thaiger-ə istinadla xəbər verir.
Belle təxəllüsü ilə 20 yaşlı qız Facebook-da Pattayanın mərkəzi bunqalov otelində başına gələn hadisə barədə danışıb. Zərərçəkənin sözlərinə görə, bir gün əvvəl sevgilisi ilə konsertdə olub və konsert bitdikdən sonra cütlük yaxınlıqdakı oteldə gecələmək qərarına gəlib.
Səhər tezdən Belle kiminsə ona toxunmasından oyanıb. Qız əvvəlcə onun sevgilisi olduğunu düşünsə də, sonra çarpayının yanında otel işçisinin dayandığını görüb.
Belle baş verənləri danışmaq üçün dərhal sevgilisini oyadıb, sonra otel rəhbərliyinə şikayət edib. Otel nümayəndələri qısa üzrxahlıqla kifayətlənib və bildiriblər ki, işçi qapını döyərək qonaqları ayıltmaq cəhdinin uğursuzluğundan sonra ehtiyat açardan istifadə edərək otağa daxil olub.
Məryəm İlhamqızı