-
- 4-09-2024, 14:01
- 282
Güclü yağış və fırtına can aldı: ölən var
İspaniyada yağan fırtına və güclü yağış səbəbindən Mayorkanın dağlıq ərazisində gəzintiyə çıxan britaniyalı turist ölüb.
News24.az xəbər verir ki, buna səbəb şiddətli yağış və fırtına olub.
Verilən məlumata görə, itkin düşdüyü elan edilən 32 yaşlı digər Böyük Britaniya vətəndaşının da axtarışlarının davam etdiyi vurğulanıb.
Qeyd edək ki, səlahiyyətlilər, Mayorkada ötən gecə şiddətli yağışdan hər kvadrat metrə 70 ilə 100 litr yağıntının düşdüyünü açıqlayıb və vasitələrdə sıxışan 9 nəfərin xilas edildiyi məlumatını paylaşıb.
Digər tərəfdən 1-ci və 2-ci dərəcə həyəcan vəziyyəti açıqlanıb.
Məryəm İlhamqızı