-
- 4-09-2024, 19:11
- 508
Futbolçu cinsi tə*cavüzdə şübhəli bilinərək həbs edildi
“Valensiya” futbol klubunun hücumçusu Rafael Mir cinsi təcavüzdə şübhəli bilinərək həbs edilib.
İstintaqda iştirak edən mənbələr hesab edirlər ki, iddia edilən cinayət sentyabrın 1-də futbolçunun evindəki şəxsi ziyafətdə baş vermiş ola bilər.
Cinayətdə daha bir şəxsin əli olması ilə bağlı şübhələr var. O da saxlanılıb.
Məlumata görə, cinayətin təxminən 25 yaşlarında iki qadına qarşı törədildiyi bildirilir. Zərərçəkənlər xəstəxanaya tibbi yardım üçün müraciət ediblər.
Sentyabrın 2-də futbolçu Valensiya Mülki Qvardiyasının qərargahına aparılıb. Orada ifadə vermək üçün məhkəməyə verilməsini gözləyir.
Qeyd edək ki, futbolçunun 27 yaşı var, “Valensiya” akademiyasının məzunudur və 2015-2017-ci illərdə böyüklərdən ibarət komandada çıxış edib. O, həmçinin İngiltərənin “Vulverhempton”unda da oynayıb. 2024-cü ildə Mir “Valensiya”ya qayıdıb.(Oxu.Az)