Volkswagen-dən yeni açıqlama: Xərcləri azaltmalıyıq
    • 4-09-2024, 22:45
    • 211

Volkswagen-dən yeni açıqlama: Xərcləri azaltmalıyıq

Alman avtomobil şirkəti Volkswagen-in Baş Maliyyə Direktoru (CFO) Arno Antlitz bildirib ki, əgər elektrik avtomobillərə keçiddə müvəffəqiyyətli olmaq istəyirsə, şirkətin xərclərini azaltmaq lazımdır.

News24.az xəbər verir ki, bir neçə milyard avroya qənaət etməyin yollarını axtaran Volkswagen şirkəti ötən gün verdiyi açıqlamada Almaniyada bəzi fabriklərin bağlanmasının artıq mümkün olduğunu açıqlayıb.

Volkswagen-in Wolfsburqdakı qərargahında işçilərə açıqlama verən maliyyə direktoru Antlitz, "Belə davam etsək, transformasiyada uğur qazana bilmərik. Almaniyadakı obyektlərin xərc səmərəliliyini artırmaq bizim ümumi məsuliyyətimizdir" deyib.

Antlitz, təxminən 500.000 Volkswagen avtomobilinə tələbin olmadığını bildirib ki, bu da iki fabrikin istehsalına uyğundur.

Direktor həmçinin onu da qeyd edib ki, məhsuldarlığı artırmaq, xərcləri və mürəkkəbliyi azaltmaq lazımdır.

Məryəm İlhamqızı