Rusiya Volkswagen-i 16,9 milyard cərimələdi
    • 9-07-2024, 21:00
    • 490

Rusiya Volkswagen-i 16,9 milyard cərimələdi

Rusiyanın Nijni Novqorod şəhərində məhkəmədə keçirilən prosesdə “QAZ” şirkətinin “Volkswagen”ə qarşı qaldırdığı iddiaya baxılıb.

News24.az xəbər verir ki, Volkswagen-in GAZ-a maddi ziyan vurduğu qənaətinə gələn məhkəmə, Almaniya şirkətinə 16,9 milyard rubl təzminat cəzası kəsib.

GAZ Volkswagen-i davam edən müqavilələrdə istehsal və hissələrin daşınması ilə bağlı öhdəliklərini yerinə yetirməməkdə və bəzi müqavilələrə birtərəfli qaydada xitam verməkdə ittiham edib.

Volkswagen, 2023-cü ilin may ayında Rusiyadakı aktivlərini bir Rus şirkətinə sataraq ölkədən çıxdığını açıqlayıb.

Rusiyanın ticarət naziri Anton Əlixanov dünən verdiyi açıqlamada Volkswagen-in Kaluqadakı köhnə fabrikində kütləvi avtomobil istehsalına başlanıldığını açıqlayıb.

Günel Məlikzadə