-
- 5-09-2024, 11:43
- 759
Pənah Hüseyndən kritik qərar - İstefa verir
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn partiyanın fəaliyyətini dayandırmaq istəyir.
News24.az bildirir ki, bu barədə Qaynarinfo-ya açıqlamasında onun özü məlumat verib.
Pənah Hüseynin sözlərinə görə, 2025-ci ilin yanvar ayında partiyanın növbəti qurultayı çağrılacaq:
"Bu bizim üçün yeganə çıxış yoludur. Bu seçkidə müxalifətin, siyasi partiyalarının sədrlərinin də böyük məsuliyyəti var. Hesab edirəm ki, yaranmış vəziyyət, siyasi mənzərə heç də siyasi partiyaların və onların rəhbərlərinin də dəyərləndirilməsindən kənarda qala bilməz. Odur ki, biz hazırda MSK və Konistisuya Məhkəməsinin seçkilərlə bağlı qərarını gözləyirik. Qərar verilən kimi partiyanın İdarə Heyəti toplanacaq və bu vəziyyəti müzakirə edəcək".
Pənah Hüseyn iclasda gözlənilməz qərarların veriləcəyini vurğulayıb:
"Həmin iclasda partiyanın sədrliyindən istefa vermək və eyni zamanda partiyanın fəaliyyətini dayandırmaq haqqında düşüncələrimi açıqlayacam. Partiyanı inandırıb üzvləri seçkidə iştirakını yaradan sədrdir. Burada bir etimad məsələsi də var, bunsuz doğru olmaz".
Pənah Hüseyn bu qərarlarının məqsədini də açıqlayıb:
"Mən siyasətdən getmirəm, əksinə sərlikdən getmək siyasətlə fəaliyyətimi daha da genişləndirmək, daha da fəal olmaq üçün atılacaq addım hesab edirəm. İndi İdarə Heyətinin üzvləri nə deyəcək bilmirəm, onu zamanla görəcəyik".