-
- 5-09-2024, 13:46
- 256
Dostoyevskinin nəticəsi vəfat etdi
Sankt-Peterburqda (Rusiya) yazıçı Fyodor Dostoyevskinin nəticəsi Dmitri Dostoyevski 79 yaşında vəfat edib.
News24.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə mərhumun yaxınları onun sosial şəbəkə səhifəsində məlumat veriblər.
"Əziz dostlar, dostlarımızın dostları və Dmitri Andreyeviçin izləyiciləri! Bu gün babamız dünyasını dəyişdi", - deyə onlar yazıblar.
Qeyd edək ki, Dmitri Dostoyevski 1945-ci ildə anadan olub. Həyatı boyunca təxminən 20 peşə dəyişib. O, iddia edirdi ki, bu müxtəlif bacarıqlara canatma ona məşhur əcdadından miras qalıb.