Keçəlliyi aradan qaldırmaq üçün bu üsuldan İSTİFADƏ EDİN
    • 5-09-2024, 15:59
    • 446

Keçəlliyi aradan qaldırmaq üçün bu üsuldan İSTİFADƏ EDİN

Keçəllik kişilərin qarşılaşdığı problem kimi tanınır. Amma hər kəs saç tökülməsi problemi yaşayır. Saç tökülməsi baş verdikdə, bütün saçlarınız tökülənə qədər gözləməyin. Saç tellərinin zədələnməsi və saç tökülməsi ilə başlayan keçəllik həm fiziki, həm də psixoloji problemlər yarada bilər.

News24.az xəbər verir ki, saç tökülməsinə qarşı ən maraqlı həll yollarından biri İbn Sina tərəfindən irəli sürülüb. 

İpək kimi saçlara sahib olmağın hiyləsi olan bu təbii üsulu tətbiq edərkən bilməlisiniz ki, əgər keçəllik genetik olaraq baş verirsə, problemi aradan qaldırmaq mümkün deyil. Ancaq genetik olmayan saç tökülmələrində keçəlləşmə riskindən qoruna bilərsiniz. 

İbn Sinanın əsrlər əvvəl təyin etdiyi təbii müalicəni təqdim edirik:

Bu təbii müalicə gicitkəndir. 

Gicitkən yarpaqlarını bir qaba qoyun və 2 stəkan qaynar su əlavə edin. 20-30 dəqiqə belə dəmlənməsi üçün buraxın. Yaxşı dəmləndikdən sonra gicitkəni sudan ayırın.

Saçınızı yaxalamaq üçün əldə etdiyiniz təbii sudan istifadə edin. Saçınızı həftədə 23 dəfə gicitkən suyu ilə yuya bilərsiniz. Qısa müddətdə saç köklərinin gücləndiyini və saç tökülmələrinin azaldığını görə bilərsiniz.

İbn Sinanın tibb haqqında verdiyi məlumatlar əsrlər boyu insanların həyatına işıq salmaqda davam edir. Bu cür təbii müalicələrdən yararlanaraq, bir çox sağlamlıq problemlərini də geridə qoya bilərsiniz.

Məryəm İlhamqızı