Saç tökülməsi bu xəstəliklərin əlamətidir
    • 22-07-2024, 22:14
    • 492

Saç tökülməsi bu xəstəliklərin əlamətidir

Saç tökülməsi bir çox insanın həyatında qarşılaşdığı ümumi problemdir.

News24.az Metbuat.az-a istinadən xəbər verir ki, qadınlarda həddindən artıq saç tökülməsi müxtəlif sağlamlıq problemlərinin əlaməti olaraq ortaya çıxır.

Aaraşdırmalara görə, hormonal balanssızlıq qadınlarda həddindən artıq saç tökülməsinin ən çox görülən səbəblərindən biridir. Xüsusilə, polikistik yumurtalıq sindromu (PCOS) hormonal balanssızlığın əsas əlamətidir.

Bundan əlavə, qalxanabənzər vəz xəstəlikləri, xüsusilə hipotiroidizm (tiroid hormonlarının az istehsalı) və hipertiroidizm (tiroid hormonlarının həddindən artıq istehsalı) saç tökülməsinə səbəb olur.

Bildirilir ki, stress və narahatlıq qadınlarda saç tökülməsinə səbəb olan mühüm amillərdir. Yüksək stress səviyyələri saç böyümə dövrünü pozur və telogen effluvium adlanan müvəqqəti saç tökülməsinə səbəb olur.

Qadınlarda saç tökülməsinin digər mühüm səbəbi genetik faktorlardır. Androgenetik alopesiya olaraq da bilinən bu vəziyyət genetik meyl nəticəsində yaranır və qadınlarda saçların seyrəlməsinə və tökülməsinə səbəb olur. Genetik saç tökülməsi daha çox ailədə oxşar saç tökülməsi olan insanlarda müşahidə olunur.