İnfarkt keçirən sürücü elektrik dirəyinə ÇIRPILDI
    • 5-09-2024, 16:12
    • 385

İnfarkt keçirən sürücü elektrik dirəyinə ÇIRPILDI

Adıyamanın Kahta rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, qəza günorta saatlarında Kahta rayonu Ortanca kəndi yaxınlığında baş verib. 

Əldə edilən məlumata görə, Kahta Dövlət Xəstəxanasının işçisi Kadir Çobanın idarə etdiyi 02 ACU 744 nömrə nişanlı avtomobil sükan hakimiyyətini itirərək yol kənarındakı elektrik dirəyinə çırpılıb. Qəzada sürücü Kadir Çoban ağır yaralanıb. 

Xəbər verildikdən sonra hadisə yerinə yanğınsöndürmə və tibb briqadası göndərilib. 

İlişib qaldığı avtomobildən çıxarılan sürücü, hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra Kahta Dövlət Xəstəxanasına aparılıb. Xəstəxanada müalicə alan Kadir Çobanın infarkt keçirdiyi və bütün müdaxilələrə baxmayaraq dünyasını dəyişdiyi öyrənilib.

Qəza ilə bağlı araşdırmalar davam edir.

Məryəm İlhamqızı