Avtomobil meşəlik əraziyə uçdu
    • 29-08-2024, 09:42
    • 98

Avtomobil meşəlik əraziyə uçdu

İstanbulun Eyüpsultan Mithatpaşa Məhəlləsi Davutpaşa küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, əldə edilən məlumata görə, meşə yolu ilə hərəkətdə olan 34 AFB 746 dövlət nömrə nişanlı avtomobilin sürücüsü naməlum səbəbdən sükan idarəetməsini itirib, yoldan çıxaraq meşəlik əraziyə uçub.

Metrlərlə sürüklənən avtomobildə sürücü və onu müşayiət edən qadın xəsarət alıb. Xəbər verildikdən sonra hadisə yerinə polis, xilasetmə və tibb qrupları göndərilib. 

Hadisə yerinə gələn yanğınsöndürənlər qurduqları mexanizmlə yaralıları meşəlik ərazidəki avtomobildən çıxarıblar. 

Hadisə yerində ilkin tibbi yardım alan yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Xəstəxanaya çatdırılan yaralıların vəziyyətinin yaxşı olduğu öyrənilib. 

Polis qrupları qəza ilə əlaqədar araşdırma başlatdı.

Məryəm İlhamqızı