Rəşad Sadıqovun əhvalı pozuldu: 2-3 ay oynamayacaq!
    • Bu gün, 19:30
    • 123

Rəşad Sadıqovun əhvalı pozuldu: 2-3 ay oynamayacaq!


“Zirə” yeni transferindən məhrum olub.

Yyda “Kəpəz”dən cəlb olunan Junior Martins uzun müddətə sıradan çıxıb.

Hadisə Premyer Liqanın 4-cü turunda "Şamaxı" ilə qarşılaşma zamanı qeydə alınıb. “Sambaçı” 29-cu dəqiqəsində zədələnib.

Rəqib futbolçusu ilə top uğrunda mübarizə zamanı ayağından zədə alan cənubi amerikalı görüşü davam etdirə bilməyib. O, meydan xərəkdə tərk edib.

Topuğundan zədə alan Junior tibbi müayinədən keçib. Məlum olub ki, aldığı xəsarətin sağalması üçün təxminən 2-3 ay vaxt lazımdır.//sportinfo az