Bu şirkət bəzi fabriklərini BAĞLAYACAQ
    • Dünən, 22:13
    • 90

Bu şirkət bəzi fabriklərini BAĞLAYACAQ

Arçelik Polşadakı iki istehsal müəssisəsini səmərəsizliyə görə bağlayacaq və təxminən 1800 nəfəri işdən çıxaracaq.

News24.az Arçelik-in verdiyi açıqlamaya istinadla xəbər verir ki, Polşanın Lodz şəhərindəki paltar qurutma və bişirmə cihazları zavodu, plastik yan sənaye müəssisəsi və Wroclawdakı soyuducu zavodu bağlanacaq. 

Obyektlərin istehsal fəaliyyətləri 2025-ci ilin birinci yarısına qədər dayandırılacaq.

Arçelik obyektlərin bağlanması ilə əlaqədar dövriyyə itkisinin olmayacağını bildirib.

Zavodların bağlanması nəticəsində təxminən 1800 nəfər işdən çıxarılacaq. Ödəniləcək işdən çıxma və bildiriş ödənişinin müəyyən edilməsi üçün həmkarlar ittifaqı ilə danışıqlar aparılacaq.

Məryəm İlhamqızı