Premyer Liqanın dünən keçirilən "Neftçi" - "Qarabağ" matçının 90+5-ci dəqiqəsində zədə alan Ağdam klubunun hücumçusu Mahir Emreli uzun müddətə sıradan çıxıb.
News24.az -ın xəbərinə görə, gənc futbolçu 4 həftə yaşıl meydanlardan uzaqda qalacaq.
Bu səbəbdən futbolçu Premyer Liqanın bir neçə oyunu ilə yanaşı, Avropa Liqasında APOEL və "Sevilya" ilə səfər matçlarını da buraxmaq məcburiyyətində qalacaq.

Teglər: Mahir Emreli Qarabağ Zədə
Kotanli