Bu il Qəbələdə Uşaq Bərpa Mərkəzinin tikintisinə başlanacaq
    • 11-06-2019, 11:00
    • 1 109

Bu il Qəbələdə Uşaq Bərpa Mərkəzinin tikintisinə başlanacaq

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya infrastrukturunun təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılır.

Bununla bərabər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bərpa müəssisələri şəbəkəsinin respublikamızın bölgələri üzrə genişləndirilməsi işlərinə də başlanır.
 
Belə ki, cari ilin ikinci yarısında Qəbələ rayonunda Uşaq Bərpa Mərkəzinin tikintisinə başlanması planlaşdırılır.

70 çarpayılıq nəzərdə tutulan reabilitasiya müəssisəsində həmin bölgədə yaşayan sağlamlıq imkanları məhdud uşaqlara stasionar və ambulator şəkildə bərpa xidmətləri göstəriləcək. Müəssisədə sağlamlıq imkanları məhdud uşaqlar fizioterapevtik prosedurlarla yanaşı, tədris metodikaları əsasında tədris-peşə yönümlü, sosial yanaşma əsaslı reabilitasiya tədbirlərinə də cəlb ediləcəklər.

Bölgələrdə yeni uşaq reabilitasiya müəssisələrinin yaradılması regionlarda yaşayan sağlamlıq imkanları məhdud uşaqların reabilitasiya imkanlarının artırılmasında, onlar arasında sağlamlıq imkanları məhdudluğun qarşısının alınmasında əhəmiyyətli rol oynayacaq.