"Qalib gəlsələr İsrail yox olacaq" - Tramp
    • Bu gün, 17:01
    • 217

"Qalib gəlsələr İsrail yox olacaq" - Tramp

ABŞ-ın keçmiş prezidenti Tramp Respublikaçı Yəhudi Koalisiyasının ABŞ-ın Nevada ştatının Las-Veqas şəhərində keçirilən illik toplantısına canlı bağlantı vasitəsilə qatılıb.

News24.az "TRT Haber"-ə istinadən xəbər verir ki, Tramp Harrisin prezident olacağı təqdirdə “İsrailin artıq mövcud olmayacağını” müdafiə edib və “Qalib gəlsələr, İsrail yox olacaq” deyib.

Yəhudi seçicilərdən səs istəyənləri və Demokratlara dəstək verənləri anlaya bilmədiyini ifadə edən Tramp, “Demokratlara səs verən yəhudi amerikalıların zehninin yoxlanılması lazımdır” şərhini verib.

Tramp həmçinin bəyan edib ki, əgər son seçkidə prezident seçilsəydi, HƏMAS-ın 7 oktyabrda İsrailə qarşı həyata keçirdiyi hücumlar baş verməzdi.

Məryəm İlhamqızı