Müəllimlərin yerdəyişməsi zamanı hər hansı imtahanın keçirilməsi nəzərdə tutulur - Təhsil Nazirliyi
    • 11-06-2019, 13:42
    • 1 187

Müəllimlərin yerdəyişməsi zamanı hər hansı imtahanın keçirilməsi nəzərdə tutulur - Təhsil Nazirliyi

“Hazırda dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlər yerdəyişmə müsabiqəsində iştirak edə bilərlər”.

News24.az-a
xəbərinə görə, bu barədə Təhsil Nazirliyindən deyilib.

Nazirlikdən bildirilib ki, yerdəyişmə müsabiqəsi zamanı hər hansı imtahanın keçirilməsi nəzərdə tutulmayıb: “Bu proses İnsan resursları mərkəzi tərəfindən bir mərhələdə, proqram təminatı tətbiq olunmaqla həyata keçiriləcək. Bundan əlavə, müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçən müəllim istənilən diaqnostik qiymətləndirmə və ya işə qəbul müsabiqəsi nəticəsini seçə bilər”.

Təhsil Nazirliyi yerdəyişmə müsabiqəsində uğur qazana bilməyən müəllimlərin işə qəbul müsabiqəsində iştirak edərək iş yerini dəyişməsinə də aydınlıq gətirib. Qeyd olunub ki, həmin müəllimlər 2019-2020-ci tədris ili üçün keçiriləcək müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilərlər.