Küveytdə İranın üç vətəndaşı edam olundu
    • 7-09-2024, 22:26
    • 320

Küveytdə İranın üç vətəndaşı edam olundu

Küveytdə üçü İran vətəndaşı olmaqla altı nəfər edam edilib.

News24.az “Report”-a istinadla xəbər verir ki, məlumatı Küveytin “Mashreq” qəzeti yayıb.

Bildirilib ki, onlar qətl törətməkdə təqsirli biliniblər. Bu, son bir ildə ilk edamdır. Sonucu dəfə əmirlikdə edam hökmü 2023-cü ilin iyulunda icra olunub. Barələrində ölüm hökmü çıxarılan altı nəfərdən üçü İran, ikisi Küveyt, biri isə Pakistan vətəndaşıdır.

Qeyd edək ki, 2022-ci ilin noyabrında qətl və başqa cinayətlərə görə edam edilmiş yeddi nəfərlə bağlı Küveytlə Avropa İttifaq arasında diplomatik böhran yaşanmışdı.