İranda 11 nəfər bu səbəbdən EDAM EDİLDİ
    • 3-08-2023, 21:38
    • 247

İranda 11 nəfər bu səbəbdən EDAM EDİLDİ

Son bir neçə gündə İranda narkotiklə əlaqəli cinayətlərdə mühakimə olunan 11 nəfər edam edilib.

News24.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı (IHR) məlumat yayıb.

Bildirilib ki, Zahidan Mərkəzi Həbsxanasında 9 İran və 2 Əfqanıstan vətəndaşı asılıb.

Edam edilən məhbusların hamısı narkotiklə əlaqəli cinayətlərə görə məhkum ediliblər.

Qeyd edək ki, IHR-ın məlumatına görə, 2023-cü ilin əvvəlindən İranda edam edilənlərin sayı 423 nəfərdir.