İranda səkkiz nəfər edam olunub
    • 22-07-2024, 16:23
    • 247

İranda səkkiz nəfər edam olunub

İranın Şiraz və Kərəc şəhərlərində həbsxanalarda cəza çəkən səkkiz məhbus barəsində çıxarılan edam hökmü icra olunub.

News24.az “Report”a istinadla xəbər verir ki, məlumatı “RadioFarda” yayıb.

Bildirilib ki, son sutka ərzində Şirazdakı Əbdülabad və Kərəcdək Qızılhasar həbsxanalarında “narkotik maddələrin qanunsuz dövriyyəsi” və “qəsdən adam öldürmək” maddələrində ittiham olunan səkkiz nəfər barəsində ölüm hökmü icra olunub.

Mərkəzi Norveçdə yerləşən İran İnsan Hüquqları Müdafiə Təşkilatının hesabatına əsasən, 2024-cü ilin altı ayı ərzində İranda azı 249 nəfər edam olunub, onların 147-si narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunub.