Molla rejimi daha 5 nəfəri edam ETDİ
    • 22-08-2023, 16:08
    • 88

Molla rejimi daha 5 nəfəri edam ETDİ

 İran zindanlarında daha 5 nəfər edam edildi.

News24.az xəbər verir ki, İranda İnsan Haqları Təşkilatı xəbər verir ki, Qəzvin, Kerman və Kəhnuc şəhərlərinin həbsxanalarında 5 nəfər dar ağacından asılıb. 

Məlumata görə, edam edilən məhkumlar narkotik cinayətləri və qəsdən adam öldürməkdə ittiham ediliblər. 

Qeyd edək ki, İranda cari ilin 7 ayı ərzində 423 nəfər edam olunub.