-
- 22-06-2019, 11:27
- 1 022
Fuad Abbasovun anası: "Gəlinimin telefonları da əlindən alınıb"
"Gəlinimin telefonu da əlindən alınıb, danışa bilmirik, yazdığımız məktublara cavab verilmir, zəng çatmır".
Bunu News24.az-a Rusiyada həbs olunan Fuad Abbasovun anası Billur Abbasova bildirib. Billur Abbasova oğlu və onun ailəsi ilə bağlı nigaran qaldığını bildirir: "Səhərdən gəlinimə zəng vururam, nigaran qalmışam. Bir ana bu dəqiqələrdə nələr çəkər, a bala. Əlimiz heç bir yerə çatmır. Biz də hamı kimi xəbər gözləyirik".
Qeyd edək ki, Fuad Abbasovun sosial şəbəkədəki səhifəsində bildirilib ki, 21 iyun axşam saatlarında jurnalist Fuad Abbasovun Moskvadaki ailəsinin yaşadığı evinə müdaxilə edilib. Bu müdaxilə nəticəsində bütün elektron avadanlıqlar aparılıb! Ailə üzvləri qorxu və şok keçiriblər. Azərbaycanın Rusiya Səfirliyin konsulluq şöbəsinin əməkdaşları hadisə yerinə gediblər. Jurnalistin ailəsini dəstəkləmək üçün evinin önündə 100-ə yaxın həmvətənimiz toplanıb.
Afaq Mirayiq