iPhone 16 Pro-nun qiyməti AÇIQLANDI
    • Bu gün, 12:47
    • 181

iPhone 16 Pro-nun qiyməti AÇIQLANDI

iPhone 16 Pro-nun qiyməti, qiymət artımı ilə bağlı şayiələrə baxmayaraq, eyni qalacaq. 

News24.az xəbər verir ki, bu barədə nüfuzlu insayder və Bloomberg-in jurnalisti Mark Qurman X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Mənbənin məlumatına görə, iPhone 16 Pro xəttinin başlanğıc qiyməti 999 dollar səviyyəsində qalacaq. 

Qurmanın sözlərinə görə, Apple həmçinin ekran çərçivələrinin qalınlığını nəzərəçarpacaq dərəcədə azaldacaq və bütün yeni smartfonlar seriyasında batareyanın ömrünü əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.

Qeyd edək ki, iPhone 16-nın təqdimatı bu günə planlaşdırılıb. Apple-ın iPhone 16, 16 Plus, 16 Pro və 16 Pro Max modellərini təqdim edəcəyi gözlənilir.

Məryəm İlhamqızı