Apple-dən iPhone 16 XƏBƏRDARLIĞI
    • 28-08-2024, 12:03
    • 150

Apple-dən iPhone 16 XƏBƏRDARLIĞI

Apple iPhone 16 smartfonlarının ilk partiyasını pərakəndə satış üçün Çindən Avropaya göndərib. 

News24.az xəbər verir ki, bu barədə nüfuzlu insayder Majin Bu X sosial şəbəkəsindəki səhifəsində yazıb.

Bundan əlavə, insayder mənbələr cihazın sentyabrın 16-dan əvvəl işə salınmasının 200 min yuan (təxminən 47 min azn) cərimələnməsinə səbəb olacağını göstərən stikerli qutunun fotoşəkilini təqdim edib. Oxşar məbləğdə cəriməni nəzərdə tutan qadağa ötən il tətbiq edilib.

Qeyd edək ki, iPhone 16 və digər yeni Apple məhsullarının təqdimatı sentyabrın 9-a planlaşdırılıb. Tədbir Cupertinodakı Apple Park-da, həmçinin Apple veb-saytında və şirkətin rəsmi YouTube kanalında canlı yayımlanacaq.

Məryəm İlhamqızı