Mükafat alacaqdı, anasının ölüm xəbərini öyrəndi
    • Bu gün, 13:33
    • 136

Mükafat alacaqdı, anasının ölüm xəbərini öyrəndi

Bu il İtaliyada keçirilən 81-ci Venesiya Beynəlxalq Film Festivalı mükafatlarında Nikol Kidman Ən Yaxşı Qadın Oyunçu mükafatını qazanıb.

News24.az xəbər verir ki, “Babygirl” filmindəki roluna görə mükafatlandırılan aktrisa aldığı bəd xəbərə görə mükafatını ala bilməyib.

Kidmanın adı açıqlandıqdan sonra səhnəyə çıxan "Babygirl" filminin rejissoru Halina Reijn Kidmanın yerində açıqlama verərək, aktrisanın anasının ölüm xəbərinə görə Venesiyanı tərk etməli olduğunu açıqlayıb.

Kidman, "Bu gün mən cəsur və gözəl anam Janelle Enn Kidmanın vəfatından qısa müddət sonra Venesiyada gəldim. Əsəbləşirəm, ailəmin yanına getməliyəm, bu mükafat anam üçündür" deyib.

Günel Məlikzadə