Osayi Fənərbaxça-da hansı matçları buraxacaq?
    • Bu gün, 14:25
    • 87

Osayi Fənərbaxça-da hansı matçları buraxacaq?

"Fənərbağça"nın məşqində zədələnən və Nigeriya Milli Komandasının heyətindən uzaqlaşdırılan Bright Osayi-Samuel bir müddət meydanlardan uzaq qalacaq.

News24.az xəbər verir ki, məşqdə zədələnən 26 yaşlı futbolçunun arxa əzələsində qanaxma aşkarlanıb.

Müalicə prosesi başlayan Osayi Samuel 3 həftə sonra komandaya qoşulacaq. Nigeriyalı sağ cinah müdafiəçisi sentyabrın 21-də "Qalatasaray"la derbidə oynaya bilməyəcək.

Qeyd edək ki, 3 mövsümdür “Fənərbaxça”da forma geyinən futbolçu sarı-göylülərin liqada Kasımpaşa, Avropa Liqasında isə “Sent Gillua” ilə keçirəcəyi matçları da buraxacaq.

Günel Məlikzadə