Zabit Ömərin kədərli ölümü
    • Bu gün, 16:36
    • 96

Zabit Ömərin kədərli ölümü

Türkiyə - Balıkəsirdə motosiklet avtobusun altına çırpılıb və qəzada zabit dünyasını dəyişib.

News24.az xəbər verir ki, Bandırma 6-cı Baş Jet Bazasında zabit olan Ömər Kaygusuzun idarə etdiyi motosikleti yağış səbəbindən sürüşkən olan yolda idarəetmədən çıxaraq M.T.-nin idarə etdiyi sərnişin avtobusun altında sürüklənib.

Kaygusuz hadisə yerində dünyasını dəyişib.

Avtobus sürücüsü M.T. nəzarətə götürülüb və qəza ilə bağlı araşdırmalara başlanılıb.

Günel Məlikzadə