-
- 24-07-2024, 13:03
- 264
Evli cütlüyün kədərli sonu
Kahramanmaraşda avtomobil ağaca çırpılaraq ikiyə bölünüb.
News24.az xəbər verir ki, Muhammet Ümit Yenerin idarə etdiyi avtomobil naməlum səbəbdən idarəetmədən çıxaraq orta yolda ağaca çırpılıb.
Zərbənin gücü ilə avtomobil ikiyə bölünərkən, sürücü və həyat yoldaşı Nur Yener (20) ağır yaralanıb. Xəstəxanaya çatdırılan və müalicə olunan yaralılardan Nur Yeneri xilas etmək mümkün olmayıb.
Xəstəxananın reanimasiya şöbəsində müalicə alan Muhammet Ümit Yener də dünən axşam saatlarında dünyasını dəyişib.
Günel Məlikzadə