-
- 9-09-2024, 18:02
- 261
Nəqliyyat sektorunun işçiləri tətil ELAN ETDİLƏR
İtaliyada həmkarlar ittifaqlarının çağırışı ilə, xüsusilə nəqliyyat sektorunda, ictimai nəqliyyat sahəsində çalışanlar bu gün yerli vaxtla 08.30-16.30 arasında 8 saat işləməməyə qərar verib.
News24.az xəbər verir ki, həmkarlar ittifaqları 31 dekabr 2023-cü ildə müddəti başa çatan kollektiv müqavilələrin yenilənməməsinə etiraz etdiklərini bildiriblər.
Paytaxt Romada fəaliyyətini dayandıran əməkdaşlar Apostoli meydanına toplaşaraq tələblərini bildiriblər.
Tətil və yağışlı hava səbəbindən şəhər sakinləri və turistlər şəhər nəqliyyatında çətinliklərlə üzləşiblər. Paytaxtda üç metro xətti və bütün avtobus xidmətlərinin dayanması çoxlu sayda insanın yağışda dayanacaqlarda gözləməsinə səbəb olub.
Məryəm İlhamqızı