-
- 10-09-2024, 09:16
- 229
Oryolda Ukraynaya məxsus PUA vuruldu
Rusiyanın hava hücumundan müdafiə sistemləri gecə saatlarında Oryol vilayəti üzərində Ukraynaya məxsus pilotsuz uçuş aparatını (PUA) vurub.
News24.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Andrey Klıçkov öz Telegram kanalında məlumat verib.
"Rayonumuz yenidən hücuma məruz qalıb - düşmənin bir PUA-sı vurulub, itki və dağıntı yoxdur. Hadisə yerində əməliyyat xidmətləri işləyir".
Günel Məlikzadə